Yaxşı deyil...

  • 15 May 2024, 14:17

Şahin Diniyev “Səbail” üçün yeddinci pillənin də pis nəticə olmadığını bildirib. O, belə düşünə bilər. Ancaq elə deyil...

Məğlubiyyəti (14) qələbə sayını (11) keçən komanda uğursuzluğu qəbul etməlidir. Yaxşı deyil...

Buraxdığı toplar (56) vurduqları top sayını (50) keçən komanda uğursuzluğu qəbul etməlidir. Yaxşı deyil...

Büdcəsi avrokuboklara vəsiqə qazanmağa kifayət edən komanda indidən bütün şanslarını itiribsə, uğursuzluğu qəbul etməlidir. Yaxşı deyil...

Bu, təkcə Diniyevin uğursuzluğudurmu? – 60% . Qalan 40% də ASCO rəhbərliyinin güvənini doğrulda bilməyən funksionerlərin payına düşür. Ayrılmış yaxşı büdcə ilə nəticə əldə edə bilməmək  ən yaxşı halda uğursuzluqdur. Yaxşı deyil...

Mövsüm ərzində “Səbail”də yaxşı olmayan hadisələr çox oldu. Sona 2 tur qalıb. Yeni mövsümün startına qədər yazmağa vaxtımız çox olacaq.  Yaxşı olması üçün...     

 

ƏŞRƏF


Paylaş: