
Yuri Syomin: "Bu o deməkdir ki, "Qəbələ"yə az diqqət yetirilib"
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin komandanın elitanı tərk etməsi barədə açıqlama verib.
Sportlife.az saytına danışan təcrübəli mütəxəssis bu durumdan çox məyus olduğunu bildirib.
O, "qırmızı-qaralar"ın Premyer Liqadan getməsinə qısa olaraq belə şərh verib:
""Qəbələ"də əla infrastruktur var. Təəssüf ki, komanda elitanı tərk etdi. Bu o deməkdir ki, komandaya az diqqət yetirilib".