
Kin 20 milyona "yox" dedi
“Fiorentina”nın hücumçusu Moyze Kin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçmək istəmir.
Sportlife.az xəbər verir ki, ərəblər ona illik 20 milyon avro ödəməyə hazır olsalar da, futbolçu Avropada qalmağa üstünlük verir.
“Fiorentina” isə Kinə maaşını 4,5 milyon avroya qədər artırmaqla yeni 5 illik müqavilə təklif edib. Danışıqlar iyulun 17-18-nə planlaşdırılıb.
25 yaşlı futbolçu “Fiorentina”da 44 matçda 25 qol vurub və 3 məhsuldar ötürmə edib.