
Avropa Liqası: "Sabah" ilk oyunda uduzdu
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Selye" matçında meydan sahibləri məğlub olub.
Sportlife.az xəbər verir ki, görüş 2:3 hesabı ilə başa çatıb.
"Selye"dən Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) fərqləniblər. Bakı klubundan isə Pavol Şafranko iki qol (3 və 18-p.) müəllifi olub.
Qeyd edək ki, cavab oyunu iyulun 17-də Selye şəhərində keçiriləcək.