"Sumqayıt"da portuqaliyalı futbolçu

  • Dünən, 17:43

2025/26 mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalayıb.
30 yaşlı müdafiəçi yeni komandasında “14” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolada “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın “Vitoria Setubal”, “Arouka” kimi klublarının da şərəfini qoruyub.

Paylaş: