
Luis Enrike: "Qələbəyə layiq idik"
PSJ-nin baş məşqçisi Luis Enrike klublararası dünya çempionatının yarımfinalında "Real" üzərində 4:0 hesablı qələbəni şərh edib.
Sportlife.az xəbər verir ki, ispan mütəxəssis özünü əla hiss etdiyini bildirib: "Real"a qarşı belə matçlar keçirmək həmişə çətindir. Fikrimcə, oyuna çox yaxşı başladıq. Komandanın çıxışından çox razıyam. Hesab edirəm ki, qalib gəlməyə layiq idik. İndi isə final matçına hazırlaşmalıyıq".
Qeyd edək ki, PSJ klublararası dünya çempionatının finalında "Çelsi" ilə qarşılaşacaq. Qarşılaşma iyulun 13-də baş tutacaq