"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

  • Bu gün, 16:57

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Ağdam klubu Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

4 gün sonra “Qarabağ” “Tvente” ilə 2 görüşünə çıxacaq. Niderland təmsilçisi ilə oyunlarBakı vaxtı ilə 17:00 və 19:15-də start götürəcək.

İyulun 15-də baş tutacaq toplanışın son matçı “Zalsburq”a qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmaların 4-ü də Kaprun stadionunda baş tutacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən komanda iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq.


Paylaş: