Paralimpiya çempionumuz üçün xüsusi hədiyyə

  • Dünən, 16:06

İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib.

Bu barədə Sportlife.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində iyulun 2-10-u aralığında təşkil edilən beynəlxalq təlim-məşq toplanışına yekun vurulub.

Azərbaycanın paralimpiya çempionu Taekvondo Təbliğat Fondu tərəfindən təlim-təşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib və ona iştirak sertifikatı ilə yanaşı, xüsusi xatirə hədiyyəsi təqdim olunub.

Toplanışı başa vuran digər parataekvondoçularımız - Sabir Zeynalov və Orxan Cəfərova da müvafiq olaraq iştirak sertifikatı verilib.


Paylaş: