
Antirekord təkrarlandı
"Real" 2024/25 mövsümündəki çıxışlarını başa vurub.
Sportlife.az xəbər verir ki, mövsümün son oyunu Madrid təmsilçisinin 0:4 hesabı ilə məğlub olduğu PSJ ilə klublararası dünya çempionatının yarımfinalı olub.
Bu nəticədən sonra "Real" bir mövsümdə buraxılan qollara görə 1998-99-cu illərdəki antirekordunu təkrarlayıb (84).
2024/25 mövsümündə "kral klubu" beş matçda 4 və daha çox qol buraxıb və bu, son 25 ildə ən pis göstəricidir.