
"Real"da bir dövr başa çatdı
"Real" klublararası dünya çempionatının yarımfinalında PSJ-yə uduzub.
Sportlife.az xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə Fransa klubunun xeyrinə başa çatıb.
Madrid təmsilçisinin xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç 64-cü dəqiqədə meydana daxil olub. Bu matç onun üçün 2012-ci ildən çıxış etdiyi "Real"ın heyətində sonuncu olub.
Qeyd edək ki, 39 yaşlı futbolçu karyerasını "Milan"da davam etdirəcək.