
"Neftçi" Kipr klubuna nə qədər təzminat ödəyib?
"Neftçi"nin heyətinə qatdığı fransalı vinger İmad Fərəcin keçidi ilə bağlı maliyyə detalları məlum olub.
Sportlife.az-ın məlumatına görə, Transfermarkt portalı bu transferin paytaxt klubuna 700 min avroya (təxminən 1,4 milyon manat) başa gəldiyini açıqlayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun hazırkı bazar dəyəri 1 milyon avro olaraq göstərilir. Fərəc "Neftçi"yə Kiprin AEK klubundan transfer olunub.