SOCAR Türkiyə klubunun sponsoru oldu

  • Dünən, 18:30

SOCAR Türkiyənin I Liqa təmsilçisi “Iğdır” klubu ilə forma sponsorluğuna dair yeni müqavilə imzalayıb.

Sportlife.az xəbər verir ki, bu barədə eyniadlı şəhər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Sözləşmə 2025/2026 mövsümünü əhatə edir. Müqavilə klubun Ankaradakı bazasında imzalanıb.

Tədbirdə Türkiyə gənclər və idman naziri Aşkın Bak, Türkiyə Böyük Millət Məclisinin üzvü Mehmet Muharrem Kasapoğlu, Iğdır şəhər valisi Ercan Turan, klubun prezidenti Cantürk Alagöz, “SOCAR Türkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov, futbolçular və klubun texniki işçiləri iştirak ediblər.

Anlaşmaya əsasən, SOCAR loqosu komandanın geyim formalarında nümayiş olunacaq.


Paylaş: