"Zirə"nin rəqibindən daha 2 transfer

  • Dünən, 15:09

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk” heyətinə 2 yeni futbolçu qatıb.

Sportlife.az xəbər verir ki, Xorvatiya klubu müdafiə və yarımmüdafiə xəttini gücləndirdiyini açıqlayıb.

Belə ki, Xorvatiyanın digər klubu “Lokomotiva”nın sağ cinah müdafiəçisi Fran Karaçiç və İngiltərə təmsilçisi “Fulhem”in yarımmüdafiəçisi Adrion Payaziti Split komandasına transfer olunub. Avstraliya millisinin 29 yaşlı üzvü Karaçiç 29, Albaniya yığmasının 22 yaşlı oyunçusu Payaziti isə 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də Bakıda, cavab görüşü isə ayın 31-də Splitdə keçiriləcək.


Paylaş: