Cekonun yeni klubu bəlli oldu

  • Dünən, 18:09

İtaliyanın "Fiorentina" klubu 39 yaşlı hücumçu Edin Dzekonun transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, bosniyalı forvardla 1 illik müqavilə bağlanıb.

Ceko ötən mövsüm "Fənərbağça"nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər "Volfsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi tanınmış klublarda da oynayıb.


Paylaş: