
Henderson doğma klubuna qayıdır
"Ayaks"ın sabiq yarımmüdafiəçisi Cordan Henderson İngiltərəyə qayıdacaq.
Sportlife.az xəbər verir ki, iyulun 1-də azad agent statusu alan 35 yaşlı ingilis karyerasını yetirməsi olduğu "Sanderlend"də davam etdirəcək.
Henderson 2024-cü ildən "Ayaks"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 45 matça çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.