"Benfika" ukrraynalı qapıçını satır

  • Bu gün, 12:36

"Benfika"nın qapıçısı Anatoli Trubin transferə çıxarılıb.

Sportlife.az xəbər verir ki, Portuqaliya təmsilçisi klublararası dünya çempionatında uğurlu çıxışından sonra 23 yaşlı ukraynalıdan böyük gəlir əldə etmək niyyətindədir.

Qeyd edək ki, Trubinin satışından əldə olunacaq gəlirin təxminən 30-40 faizi "Şaxtyor"un hesabına köçürüləcək. 

Qapıçı ötən mövsüm 51 oyun keçirib, 54 qol buraxıb və 24 matçda qapısını toxunulmaz saxlayıb.


Paylaş: