
"Qalatasaray" yenə rədd cavabı aldı
"Napoli" "Qalatasaray"ın hücumçu Viktor Osimhen üçün 70 milyon avrodan çox olan son təklifini rədd edib.
Sportlife.az xəbər verir ki, türk klubu transfer məbləğini 5 hissədə ödəməyi təklif edib, lakin qarşı tərəfin istəyi iki ödənişdə 75 milyon avrodur.
"Napoli"nin idman direktoru Covanni Manna cümə günü "Qalatasaray"ın nümayəndə heyəti ilə Milanda görüşərək razılığa gəlməyə çalışsa da, razılıq əldə olunmayıb.
Osimhen ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edib, Türkiyə klubunda 41 oyuna 37 qol vurub.