Azarkeşlər Trampı fitə basdılar

  • Bu gün, 17:50

Azarkeşlər klublararası dünya çempionatının final oyununa qatılan ABŞ prezidenti Donald Trampı fitə basıblar.

Sportlife.az xəbər verir ki, bu hadisə Tramp ilk dəfə FİFA prezidenti Canni İnfantino ilə ekranda göründüyü zaman - ABŞ himni səsləndirilərkən yaşanıb.

Azarkeşlər Trampa qarşı eyni hərəkəti İkinci dəfə mükafatlandırma mərasimində ediblər.

Qeyd edək ki, finalda PSJ-ni 3 cavabsız qolla məğlub edən "Çelsi" turnirin qalibi olub.


Paylaş: