
Tanınmış hücumçu VI Liqada
"Liverpul"un və İngiltərə millisinin sabiq hücumçusu Endi Kerroll İngiltərənin VI liqasında yer alan "Daqenham & Redbric" klubuna keçib.
Sportlife.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanıb.
Təcrübəli forvard ötən mövsüm "Bordo"da çıxış edib, 23 oyuna çıxıb və 11 qol vurub. Kerroll "Liverpul"da oynayarkən də eyni sayda qol vurub. Onun millidə 9 oyunda iki qolu var.