
FIFA ən yaxşıları açıqladı
PSJ-nin cinah oyunçusu Dezire Due klublararası dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.
Sportlife.az xəbər verir ki, 20 yaşlı fransalı turnirdə 7 oyun keçirib, 1 qol vurub.
Qeyd edək ki, turnirin ən yaxşı oyunçusu “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer, ən yaxşı bombardiri “Real”ın hücumçusu Qonzalo Qarsiya, ən yaxşı qapıçısı isə İngiltərə klubunun digər üzvü Robert Sançes olub.