
Milli komandaya sürpriz namizəd
Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Özbəkistan yığmasını çalışdıra bilər.
Sportlife.az xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyası artıq alman mütəxəssislə danışıqlar aparır. Löv təklifi qəbul etsə, o zaman hazırkı baş məşqçi Timur Kapadze onun heyətinə qoşula bilər.
Özbəkistan millisi tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə yüksəlib və 2026-cı ildə keçiriləcək mundialda mübarizə aparacaq.
Löv 2006-2021-ci illərdə Almaniya millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2014-cü ildə dünya çempionu, 2017-ci ildə isə Konfederasiyalar Kubokunun qalibi olub. 2021-ci ildən sonra Löv heç bir komandada baş məşqçi postunu tutmayıb.