
"Barselona" yeni transferini açıqladı
"Barselona" yeni transferini açıqlayıb.
Sportlife.az xəbər verir ki, İspaniya təmsilçisi Runi Bardcini rənglərinə bağlayıb.
Danimarka "Kopenhagen"indən transfer olunan 20 yaşlı isveçli yarımmüdafiəçi “Barselona” ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Runi Bardci Danimarka Super Liqasının 2024/2025 mövsümündə 5 oyun keçirib. O, ölkə kubokunda da bir oyunda iştirak edib.