"Yuventus"dan 30 milyonluq təklif

  • Bu gün, 10:30

"Yuventus" Konseysau üçün "Portu"ya 30 milyon avroluq rəsmi təklif göndərib.

Sportlife.az xəbər verir ki, təklif oyunçunun müqaviləsində qeyd olunan təzminat məbləğinə uyğundur.

Lakin Turin klubu məbləği hissə-hissə ödəmək niyyətindədir.

Müqavilənin demək olar ki, bütün şərtləri razılaşdırılıb.Hətta Konseysau özü də karyerasını “Yuventus”da davam etdirmək istəyir. Hətta buna görə iki ingilis klubunun təklifini rədd edib.


Paylaş: