
Bellinqemin əməliyyat tarixi bəlli oldu
İyulun 16-da "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem əməliyyat olunacaq.
Sportlife.az xəbər verir ki, sol çiyninin yerindən çıxması səbəbindən onun əməliyyata ehtiyacı var.
Bellinqem klub və milli komandanın oyun cədvəlinin sıx olması səbəbindən əməliyyatı təxirə salmışdı.
Futbolçunun əməliyyatdan tam sağalması üçün 2-3 ay lazım olacağı bildirilir.