Çexiya futbolu tarixində rekord trafer

  • Bu gün, 11:09

"Vest Hem" heyətini seneqallı müdafiəçi ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, ingilislər Praqa "Slaviya”sından 20 yaşlı cinah müdafiəçisi El-Haci Malik Diufun transferini rəsmiləşdirib. Seneqal millisinin futbolçusu London klubu ilə uzunmüddətli müqavilə imzalayıb və 12 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, razılaşma 22 milyon avro təşkil edib və bonuslar nəzərə alınmaqla 25 milyona çata bilər. Bu transfer Çexiya futbolu tarixində ən böyük satış olub.


Paylaş: