Azarkeşlər prezidentin istefasını tələb edir

  • Dünən, 13:35

"Latsio"nun azarkeşləri klubun prezidenti Klaudio Lotitodan narazılıqlarını bildirərək, Romanın mərkəzində yürüş keçiriblər.

Sportlife.az xəbər verir ki, azarkeşlər onun klub rəhbəri vəzifəsindən istefasını tələb ediblər. 

Nümayiş zamanı pərəstişkarlardan ibarət nümayəndə heyəti Roma meriyasının əsas tədbirlər, idman, turizm və moda üzrə müşaviri Alessandro Onorato tərəfindən qəbul edilib.

Qeyd edək ki, Klaudio Lotito 2004-cü ildən "Latsio"nun prezidentidir.


Paylaş: