
"Karvan"ın məşqçilər korpusu müəyyənləşdi
"Karvan"ın baş məşqçisinin adı rəsmən açıqlanıb.
Sportlife.az xəbər verir ki, komanda Azər Həşimova həvala edilib.
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq komandanın baş məşqçisinə Zaur Hacıyev köməklik edəcək. Qapıçılar üzrə məşqçi isə Hüseyn Məhəmmədov olacaq.