
Ronaldu və "Əl-Nəsr" arasında xüsusi razılıq
"Əl-Nəsr"in ulduz hücumçusu Kriştianu Ronaldo yeni mövsümdə matçların 25%-ni buraxacaq.
Sportlife.az xəbər verir ki, bu yolla klub portuqaliyalını zədədən qorumağa çalışır. Tərəflər arasında müvafiq saziş də imzalanıb.
Komandanın yeni baş məşqçisi Jorji Jezuş vacib olmayan matçlarda Ronalduya istirahət verəcək.
Qeyd edək ötən mövsüm portuqaliyalı 41 oyunda (bütün turnirlərdə) 35 qol vurub və 4 məhsuldar ötürmə edib.