
Peres DÇ-dən razı qaldı
"Real"ın prezidenti Florentino Perez klublararası dünya çempionatının iki ildən bir keçirilməli olduğunu deyib.
Sportlife.az xəbər verir ki, Madrid kulubu son çempionatda ən böyük kommersiya uğuruna imza atıb. Biletlərin 25%-i "Real" azarkeşlərinə satılıb. Beləliklə, "kral klubu" beynəlxalq populyarlığı sayəsində turnirdən pul qazanmağa çalışır.
FIFA isə turnirin 4 ildən bir keçirilməsi planına sadiq qalacağını açıqlayıb. Lakin 2029-cu ildə turnir iştirakçılarının sayının 48-ə çatdırılacağı da istisna edilmir.