
MY dünya çempionunu transfer edir
"Mançester Yunayted" Argentina millisinin qapıçısı Emiliano Martinesi transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, “qırmızı şeytanlar” 32 yaşlı qapıçının transferi ilə bağlı “Aston Villa” ilə danışıqlar aparır.
Martinesin "Mançester Yunayted"ə keməsi ehtimalını nəzərə alan "Aston Villa" "Brest"dən niderlandlı qapıçı Marko Bizonu transfer edib.
Qeyd edək ki, argentinalı qolkiper 2022-ci il dünya çempionatının ən yaxşı qapıçısı seçilib. Onun komandası isə dünya çempionu olub.