Avropa Liqasında “Bayer - “Atalanta” finalı olacaq

  • 10 May 2024, 10:14

Avropa Liqasında finalın adı bəlli olub.

Sportlife.az xəbər verir ki, "Bayer" ilk görüşdə səfərdə 2:0 hesabıyla qalib gəldiyi "Roma"nı bu dəfə evində qəbul edib. Görüş gərgin mübarizə şəraitində keçib. "Roma" 2:0 önə keçsə də, bu hesabı qoruya bilməyib - 2:2. "Bayer"in məğlubiyyətsizlik seriyası davam edir.

İlk oyunda səfərdə "Marsel"lə heç-heçə edən "Atalanta" isə evində rəqibinə heç bir şans verməyib - 3:0.

"Bayer" - "Atalanta" finalı mayın 22-si Dublində oynanılacaq.


Paylaş: