
Dias "Real"da qalmaq istəyir
"Real"ın yarımmüdafiəçisi Brahim Dias "kral klubu"nda qalmaq istəyir.
Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə Premyer Liqadan bir klub maraqlanır. Lakin o, "Real"la müqaviləsini uzatmaq niyyətindədir. Tərəflər artıq danışıqlar aparır və sövdələşmə yekunlaşmaq üzrədir.
Dias ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.