
Qrizmann ailəsində yenilik
"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann və həyat yoldaşı Erika Şoperena dördüncü dəfə valideyn olublar.
Sportlife.az xəbər verir ki, iyunun 15-də cütlüyün qızları Şai dünyaya gəlib. Onların ailəsində ilk dəfə fərqli bir tarixdə körpə doğulub.
Qrizmann sosial şəbəkədə yazıb: "İyunun 15-də tapmacamızın əskik parçası olan Şai anadan oldu".
Qeyd edək ki, cütlüyün digər üç övladı – qızı Mia (2016), oğlu Amaro (2019) və qızı Alba (2021) aprelin 8-də dünyaya gəlib.