Ərdoğandan Halil Umut Melerin döyülməsinə REAKSİYA

Ərdoğandan Halil Umut Melerin döyülməsinə REAKSİYA

  • 12 Dekabr 2023, 10:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Ankaragücü" - "Rizespor" (1:1) matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu pisləyib.

Sportlife.az xəbər verir ki, o, bu barədə şəxsi tviter hesabında paylaşım edib. Türkiyə prezidenti paylaşımında bu ifadələrə yer verib:

"Bu axşam oynanılan "Ankaragücü" - "Rizespor" matçından sonra baş hakim Halil Umut Melərə edilən hücumu qınayır, ona tezliklə şəfa diləyirəm. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmır. Türkiyə idmanında şiddətin olmasına heç vaxt icazə verməyəcəyik".

Qeyd edək ki, "Ankaragücü" Klubunun prezidenti Faruk Koca Super Liqanın 15-ci həftəsində "Çaykur Rizespor" matçından sonra hakim Halil Umut Melərə hücum edib.


Paylaş: