Mourinyonun yığmaya yolunu Buffon kəsib

  • Dünən, 18:55

Hazırda "Fənərbağça"nı çalışdıran Joze Mourinyo İtaliya millisinin sükanı arxasına real namizəd olub.

Sportlife.az xəbər verir ki, yığmanın texniki sponsoru olan "Adidas" portuqaliyalı mütəxəssisin maaşının bir hissəsini qarşılamağa hazır idi.

Lakin İtaliya Futbol Federasiyası bu təyinat üçün iki mühüm maneə ilə üzləşib. Əvvəla, “Fənərbağça” baş məşqçisini təzminatsız buraxmaq istəməyib. Digər tərəfdən, İtaliya seçməsinin meneceri Canluici Buffon Mourinyonun mümkün təyinatına qarşı çıxıb.

Sonda Cennaro Qattuzo yığmanın baş məşqçisi təyin olunub.


Paylaş: