"Hayduk" "Zirə" üçün başladı

  • Dünən, 17:08

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Split “Hayduk”u bu gündən təlim-məşq toplanışına başlayıb.

Sportlife.az xəbər verir ki, Xorvatiya klubu yeni baş məşqçi Qonzalo Qarsiyanın rəhbərliyi altında ilk məşqinə çıxıb.

İyunun 27-dək Splitdə hazırlaşacaq kollektiv ardından toplanışın əsas mərhələsi üçün Sloveniyanın Bled şəhərinə yollanacaq. “Hayduk” iyulun 4-dək qalacağı Bleddə iki yoxlama görüşü keçirəcək. Rəqiblər Bolqarıstanın MOİK (30 iyun) və Sloveniyanın “Radomlye” (4 iyul) klubları olacaq. Komanda “Zirə” ilə matçların son hazırlıqlarını isə Splitdə keçəcək. Təmsilçimizlə qarşılaşma öncəsi iyulun 18-də Avstriya klubu LASK-la yoxlama oyunu təşkil ediləcək.

Qeyd edək ki, “Zirə” “Hayduk”la ilk oyununu iyulun 24-də evdə, cavab matçını isə 31-də səfərdə keçirəcək.


Paylaş: