
Nunyes üçün 43 milyon avro
"Napoli" hücumçu Darvin Nunyeslə bağlı "Liverpul"la danışıqlar aparır.
Sportlife.az xəbər verir ki, İngiltərə klubu 25 yaşlı futbolçu ilə 50 milyon avroya ayrılmağa hazırdır. Neapollular artıq qarşı tərəfə təxminən 43 milyon avro təklif ediblər və mümkün rəqabətdən qaçmaq üçün sövdələşməni tez bir zamanda başa çatdırmaqda israrlıdırlar.
2024/25 mövsümündə Nunyes bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.