Millimizə 23 futbolçu çağırıldı

  • Dünən, 17:34

Futbol üzrə Azərbaycanın qadınlardan ibarət millisinin heyəti açıqlanıb.

Sportlife.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərov yığmaya 23 futbolçu dəvət edib.

Komanda iyunun 25-dən iyulun 2-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək.

Komanda hazırlıq müddətində yerli yığma ilə iki yoldaşlıq oyunu keçirəcək. İlk görüş iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda, ikinci qarşılaşma isə iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.


Paylaş: