
"Napoli" qapıçı alır
"Napoli" qapıçı Vanya Milinkoviç-Saviçin transferi ilə bağlı "Torino" ilə danışıqlar aparır.
Sportlife.az xəbər verir ki," Mançester Yunayted" və başqa klublar da həmin qolkiperi transfer etməkdə maraqlıdır. Neapollular 28 yaşlı serb üçün 18 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 2024/25 mövsümündə Milinkovic-Saviç bütün turnirlərdə 39 oyun keçirib, 44 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.