"Parma"da 29 yaşlı baş məşqçi

  • Dünən, 15:57

Mikel Artetanın "Arsenal"dakı köməkçilərindən Karlos Kuesta "Parma"nın baş məşqçisi təyin olunub.

Sportlife.az xəbər verir ki, 29 yaşlı mütəxəssis italyan klubu ilə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb. Sözləşmənin müddətini daha bir mövsüm uzatmaq imkanı var.

Qeyd edək ki, Kuesta daha əvvəl 2014-2018-ci illərdə “Atletiko Madrid”in məşqçilər korpusunda çalışıb və 2020-ci ildə “Arsenal”a keçib.


Paylaş: