
Caka İtaliya yolunda
"Milan" yarımmüdafiəçi Qranit Cakanın transferi ilə bağlı "Bayer"lə danışıqlara başlayıb.
Sportlife.az xəbər verir ki, 32 yaşlı isveçrəli İtaliya klubuna keçməyə hazırdır.
Qeyd edək ki, 2024/25 mövsümündə Caka bütün turnirlərdə 49 matçda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.