Kafu "Qızıl top"a kimi layiq görür?

  • 22 Aprel 2025, 13:35

Braziliyalı millisinin və "Milan"ın sabiq futbolçusu Kafu "Qızıl top"la bağlı şəxsi proqnozunu açıqlayıb. 

Sportlife.az xəbər verir ki, veteran müdafiəçinin mükafatla bağlı əsas favoriti "Barselona"da çıxış edən Rafiniyadır. 

"Rafinya uzun müddətdir ki, "Qızıl top"a layiqdir. Xüsusilə bu il La Liqa və Çempionlar Liqasındakı çıxışını nəzərə alsaq".

Bu mövsüm 28 yaşlı braziliyalı bütün turnirlərdə 48 oyun keçirib, 30 qol vurub və 23 məhsuldar ötürmə edib. Rafinya 2022-ci ilin yayından "Barselona"da çıxış edir.


Paylaş: