Kaldara "Milan"ı azad agent kimi tərk edəcək

  • 30 Aprel 2024, 17:28

“Milan”ın müdafiəçisi Mattia Kaldara mövsümün sonunda klubu tərk edəcək.

Sportlife.az İtaliya mətbuatına istinadla xəbər verir ki, 29 yaşlı italiyalı Milan klubundan azad agent kimi ayrılacaq.

Bu mövsüm gənclərdən ibarət komandada 2 oyun keçirən Kaldara topuq biləyindən aldığı zədə səbəbindən “Milan”ın heyətində bir dənə də olsun oyuna çıxmayıb.


Paylaş: