"Araz Naxçıvan" milli üzvü ilə müqavilə bağladı
"Araz Naxçıvan" legioneri ilə müqavilə uzadıb.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, söhbət Kristian Avramdan gedir. Rəhbərlik Moldova millisinin üzvü ilə 1 illik sözləşməyə qol çəkib. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Xatırladaq ki, 30 yaşlı qapıçı mövsümün əvvəlində "Araz Naxçıvan"a transfer olunmuşdu.