"Liverpul" bu həftə baş məşqçisini təqdim edəcək

  • 30 Aprel 2024, 16:11

"Liverpul" bu həftə Arne Slotun baş məşqçi təyin olunduğunu elan edəcək.

Sportlife.az insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, artıq “Feyenoord”un baş məşqçisi ilə bütün lazımı sənədlər imzalanıb. "Liverpul" mütəxəssis üçün 13-15 milyon avro məbləğində təzminat ödəyəcək.

Bu ilin yanvarında hazırda mersisaydlılara rəhbərlik edən Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.


Paylaş: