Palmer aprelin ən yaxşısı oldu
"Çelsi"nin oyunçusu Koul Palmer Premyer Liqada aprel ayının ən yaxşısı seçilib.
Sportlife.az xəbər verir ki, 22 yaşlı oyunçu ötən ay 4 oyuna çıxıb və 7 qol vurub.
Palmer ötən il yayında "Çelsi"yə qoşulub. O, bu mövsüm Premyer Liqada 30 oyunda 21 qol vurmağı bacarıb.