Ronaldo "Kruzeyro"nun səhmlərinin çoxunu satdı

  • 30 Aprel 2024, 18:31

Braziliya millisinin sabiq hücumçusu Ronaldo "Kruzeyro" futbol klubunun nəzarət paketini satıb.

Sportlife.az "Marca"ya istinadla xəbər verir ki, keçmiş futbolçu klubun səhmlərinin 90%-i üçün 109 milyon avro alıb.

“Məqsədimə nail oldum. Bu həmişə ideya olub - "Kruzeyro"nu geri qaytarmaq və lazımı vaxtda lazımı şəxsə vermək”, - deyə Ronaldo mətbuat konfransında bildirib.

O, sahibi olduğu "Real Valyadolid"i də satmağa hazırlaşdığını bildirib.


Paylaş: