Rusiya klubu baş məşqçi axtarışında

  • 30 Aprel 2024, 19:13

Rusiyanın "Pari NN" klubunun Direktorlar Şurasının sədri Dmitri Kondratov SE-yə müsahibəsində komandaya yeni baş məşqçi axtarışı ilə bağlı sualı cavablandırıb.

Sportlife.az xəbər verir ki, Kondratov bildirib ki, hazırda heç bir namizəd yoxdur və boş qalan posta mütəxəssis axtarılır.

Aprelin 28-də Nijni Novqorod təmsilçisi baş məşqçi Sergey Yuranı istefaya göndərdiyini açıqlamışdı. Yuranın rəhbərliyi altında "Pari NN" ardıcıl altıncı oyunda uduzaraq 28 xalla 11-ci yerdə qərarlaşıb.


Paylaş: