"Lester" Çempionşipin qalibi oldu

  • 30 Aprel 2024, 10:45

"Lester" Çempionşipdə 45-ci tur matçına çıxıb.

Sportlife.az xəbər verir ki, komanda səfərdə "Preston"la qarşılaşıb. "Lester" rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Ceyms Vardinin dubl etdiyi görüşdə Keysi Makartir bir qol vurub.

Bu qələbə sayəsində “Lester” xallarının sayını 97-yə çatdırıb və çempionluğu rəsmiləşdirib. Bu, "Lester"in tarixində 8-ci Çempionşip 1-ciliyidir.

Ötən tur komandanın növbəti mövsüm Premyer Liqada oynayacağı dəqiqləşmişdi

 


Paylaş: