Rusiya barədə qərar qəbul edilib

  • 19 Noyabr 2024, 11:29

FİFA və UEFA Rusiya ilə bağlı yeni qərar qəbul edib.

Sportlife.az xəbər verir ki, sözügedən qurumlar Rusiya komandalarının beynəlxalq turnirlərdə iştirak etməsinə qoyulan qadağanı davam etdirmək qərarına gəliblər.

Həmçinin Rusiya millisi də DÇ-2026-nın seçmə mərhələsinə buraxılmayacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxilə etməsi səbəbindən bu ölkənin komandaları beynəlxalq yarışlara qatıla bilmir.


Paylaş: